14 kq gümüşü Bakıya gətirən rusiyalı tutuldu
13:47 14 Dekabr 2017
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysilə gələn Rusiya Federasiyası vətəndaşının çantası rentgen aparatından keçirilərkən monitorda zinət əşyalarının təsviri görünüb. Bu səbəbdən vətəndaşın əl yükünə təkrar yoxlama keçirilib.
Nəticədə, çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan külli miqdarda gümüş zinət əşyaları aşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlərin ümumi çəkisi 14 kq 191,02 qr olan 925 əyarlı gümüş xəlitəsindən hazırlanmış zərgərlik məmulatıdır.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 422
Oxşar xəbərlər
- 14 yaşlı qız itkin düşüb - FOTO
- 14 yaşlı qız dərmandan zəhərlənib öldü - Sabirabadda
- 14 cinayət “isti izlər”lə açılıb
- 145 dövlət əmlakı satılır
- 14 cinayət “isti izlər”lə açılıb
- 14 yaşlı qıza qarşı nalayiq hərəkətlər edən şəxs saxlanıldı - Gəncədə
- 14 cinayət “isti izlər”lə açılıb
- 14 yaşlı qız dəm qazından boğularaq ölüb
- 14 cinayət “isti izlər”lə açılıb
- 149 dövlət əmlakı hərraca çıxarılacaq