Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə - İMTAHAN OLACAQ
15:56 14 Dekabr 2017
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 17-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.
DİM-dən Femida.az-a verilən məlumata görə, imtahan Bakı şəhərində, ümumilikdə 7 binada keçiriləcək. İmtahanada iştirak etmək üçün 3039 namizəd qeydiyyatdan keçib.
Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər dekabrın 12-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
Namizədlərlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- “İmtahana buraxılış vərəqəsi";
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
Femida.az
Oxunub: 1096
Oxşar xəbərlər
- Dövlət obyektləri internetdə satılacaq
- Dövlət bağçaları ilə bağlı yeni qaydalar təsdiqləndi
- Dövlət Agentliyinin rəhbərliyi formalaşdırıldı
- Dövlət başçıları İlham Əliyevi təbrik edir
- Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı
- Dövlət qulluğunda işləmək şansı - Vakant vəzifələr
- Dövlət sərhədini pozan 503 nəfər saxlanılıb
- Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə - VƏZİFƏLƏR
- Dövlət Xidmətindən fermerlərə - Xəbərdarlıq
- Dövlət İmtahan Mərkəzinin elektron xidmətləri dayandırılır