6 yaşlı uşaq internetdə 11 milyon dollar qazandı


18:56     14 Dekabr 2017 maxresdefault%20(2)59.jpg

Rayan adlı uşağın əyləncəsinə onun yaşıdları, bank hesabına isə böyüklər həsəd apara bilər. Amerikalı Rayanın “YouTube”da hər həftə yerləşdirilən videoları 2017-ci ildə təxminlərə görə 11 milyon dollar qazanc gətirib.


Həmin videolarda o, qablaşdırılmış oyuncaqlarını qutulardan necə çıxardığını və onlarla oynadığını nümayiş etdirir.

“Toys Review” adlı “YouTube” kanalının ulduzu olan Rayan “Forbes” jurnalının bildirdiyinə görə, dünyada “YouTube”dan ən böyük qazanc əldə edənlərin siyahısında 8-ci yerdədir.

2015-ci ilin mart ayında ilk videosunu sosial media saytına yüklədiyi vaxtdan indiyədək Rayanın videolarına ümumilikdə 17 milyard dəfə baxılıb.



İnternetdəki populyarlığına baxmayaraq, Rayanın kimliyi barədə məlumat məhduddur, onun soyadı məlum deyil.

Kimliyini bildirməyən anasının sözlərinə görə, ötən ilin yanvar ayında uşağın kanalına abunə olanların sayı 1 milyona çatıb. Hazırda isə onların sayı 10 milyonu keçib.

Tənqidçilər hesab edir ki, valideynləri uşağı istismar edərək biznes qurublar.

Lakin uşağın anası bildirb ki, onlar yalnız çəkilmiş videoları redaktə edirlər.

Uşağın anası eləcə də qeyd edib ki, oyuncaqların əksəriyyəti videoya çəkildikdən sonra xeyriyyəçilik təşkilatlarına verilir. (Virtualaz.org)



Femida.az

Açar sözlər:

Oxunub: 1158