Prokuror bələdiyyə sədrinə cəza istəyib


19:19     14 Dekabr 2017 1427700436_mehkeme-a620x350.jpg

Bu gün Abşeron rayonunun Məhəmmədli bələdiyyəsinin mənimsəmədə təqsirləndirilən sədri Vaqif Nəbiyev və bələdiyyə üzgü Nazim Pənahovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edib. O, V. Nəbiyevin və N. Pənahovun cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib.

O, V. Nəbiyevin 8 il, N. Pənahovun isə 7 il müddətinə azadlıqdan məhrum olunmasını, hər iki şəxsin məhkəmə zalında həbs olunmasını istəyib.

Proses dekabrın 21-də davam etdiriləcək.

Qeyd edək ki, Abşeron rayonunun Məhəmmədli kəndinin sabiq bələdiyyə sədri V.Nəbiyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən həbs olunub. N. Nəbiyev bir neçə vətəndaşa 99 min manat miqdarında maddi ziyan vurmaqda, pullarını mənimsəməklə ittiham olunur.

Daha sonra o, polisin nəzarətinə verilmə qətimkam tədbiri ilə azadlığa buraxılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 953