Gözdən əlillər təhsil haqqından azad edilə bilər


19:49     14 Dekabr 2017 milli%20mec.jpg

Azərbaycanda I qrup gözdən əlillərin təhsil haqqından azad edilməsi təklif edilir.


Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Komitə sədri təklif edib ki, I qrup gözədən əlillərin təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi variantına baxıla bilər: "Dünən qəbuluma I qrup gözdən əlil olan 2 nəfər gəlmişdi. Onların ikisi konservatoriyaya daxil olub, ancaq görmürlər. Hər ikisinin illik təhsil haqqı təxminən 2000 manatdır. Mənim hesablamara görə, ali təhsil ocaqlarında 18 nəfər gözdən əlil təhsil alır. Biz müvafiq dövlət qurumları ilə danışaq ki, onların təhsil haqlarının maliyyə tutumu çox olmayacaq. Bu vəsait bir ildə təxminən 100 min manatdan çox etməyəcək. Ola bilər ki, gələn sessiyaya da bu məsələ barəsində düşünək. Çalışaq ki, o qrup insanların da bu problemi həll edilsin".

H.Rəcəbli qeyd edib ki, I qrup gözdən əlillərə o biri qrupların əlillərindən 2 dəfə çox müavinət verilir: "Onlar əmək pensiyasına çıxanda da belədir. Digər hallarda da onlara imtiyazlar verilir. Düşünürəm ki, bu barədə gələn sessiya da düşünək".

Femida.az

Açar sözlər:

Oxunub: 1113