Azərbaycanda sosial sahələrə 4 milyard xərclənib


16:03     15 Dekabr 2017 manat1.jpg

2017-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12% artaraq 13 mlrd. 557,1 mln. manata, xərcləri isə 13,5% artaraq 14 mlrd. 150,2 mln. manata çatıb.


Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, büdcənin icrasında yaranmış 593,1 mln. manatlıq kəsir ümumi daxili məhsulun 1,1%-ini təşkil edib.

Daxilolmaların 22,4%-i və ya 3,043 mlrd. manatı əlavə dəyər vergisi (ƏDV), 15,3%-i və ya 2 mlrd. 72,3 mln. manatı hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 6,4%-i və ya 867,3 mln. manatı fiziki şəxslərin gəlir vergisi, 3,7%-i və ya 506,8 mln. manatı aksizlər, 10,8%-i vergilərin digər növləri, 41,4%-i isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 27,1%-i və ya 3 mlrd. 830,6 mln. manatı iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 15,4%-i və ya 2 mlrd. 174,2 mln. manatı sosial müdafiə və sosial təminat, 14,5%-i və ya 2,057 mlrd. manatı ümumi dövlət xidmətləri, 13%-i və ya 1 mlrd. 841,5 mln. manatı təhsil və səhiyyə sahələrinin, 30%-i və ya 3 mlrd. 141,2 mln. manatı isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

Xatırladaq ki, 2017-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinin gəlirləri 14 mlrd. 749,3 mln. manat, xərcləri 15 mlrd. 463,1 mln. manat təşkil edib, büdcənin icrasında 713,8 mln. manatlıq və ya ümumi daxili məhsulun 1,1%-i qədər kəsir yaranıb.

Femida.az

Açar sözlər:

Oxunub: 818