İrandan Azərbaycana zəhərli maddə keçirəndə tutuldu


17:40     15 Dekabr 2017 gomruk-menteqesi.jpg

Astara Gömrük İdarəsində İrandan Azərbaycana piyada gələn İran vətəndaşının əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.



Dövlət Gömrük Komitəsindən Femida.az -a verilən məlumata görə, bu səbəbdən vətəndaş saxlanılıb və ona məxsus çamadan təkrar yoxlanılıb.

Yoxlama zamanı, çamadanda əvvəlcədən gömrük nəzarətinə şifahi, yazılı və ya elektron formada bəyan olunmayan 7 ədəd kiçikölçülü flakonda, təsiredici maddəsinin xalis çəkisi 48,541 qram olan metallik civə aşkar edilib. Bundan başqa, çamadanda ölkə ərazisinə gətirilməsi üçün müvafiq icazə sənədləri olmayan 1 ədəd portativ (əl) metalaxtaran detektor və 1 ədəd metalaxtaran detektorun funksiyalar bloku aşkarlanıb.

Xatırladaq ki, metallik civə Azərbaycanın müvafiq qanunu ilə təsdiq edilmiş "Zəhərli maddələrin Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1014