Prokuror Qiyas İbrahimov və atasına cəza istəyib
19:54 15 Dekabr 2017
Yasamal rayon Məhkəməsində Qiyas İbrahimov və atası Həsən İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Femida.az -ın məlumatına görə, iclasda dövlət ittihamçısı çıxış edib. Prokuror onların hər birinin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Q. İbrahimov və atası H. İbrahimova qarşı Cinayət Məcəlləsinin 289.2-ci maddəsi (Məhkəməyə hörmətsizlik etmə) ilə cinayət işi başlanıb.
Q. İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib və hazırda cəza çəkir.
O, Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.
Femida.az
Oxunub: 807
Oxşar xəbərlər
- Prokuror bələdiyyə sədrinə cəza istəyib
- Prokurorların səlahiyyətləri artırılır
- Prokurorluq Lökbatandakı partlayışla bağlı məlumat yayıb
- Prokurorların səlahiyyətləri artırılır
- Prokuror MTN generalına ağır cəza istəyib
- Prokurorluq meşədəki qətllə bağlı etiraz etdi
- Prokuror 27 yaşlı qadına AĞIR CƏZA istədi
- Prokurorlara yeni səlahiyyət verilir
- Prokuror iş otağında güllələndi
- Prokuror Bakıda qadını şantaj edən şəxsə cəza istəyib