Aytacın qatilinin atası iflic oldu


19:03     06 May 2015 94428.jpg

17 yaşlı Aytac Babayevanın ölümü və qətli törətmiş İzzət Hüseynovla bağlı müzakirələr mətbuatda və sosial şəbəkələrdə səngimək bilmir. Qonşuların sözlərinə görə, hadisədən sonra İzzətin atası Natiq Hüseynov iflic olub, hazırda xəstəxanada müalicə alır, bacıları isə qorxudan evdə qalmırlar.


“İzzətin ailəsi bu olaydan sonra evlərini də tərk ediblər. Atası hadisədən sonra iflic oldu, bədəninin bir hissəsi işləmir. İndi xəstəxanada müalicə alır. Aytacın qətlindən sonra onlar çox pis vəziyyətə düşdülər. İzzətin bacıları qorxudan evdə qalmır. Onlar Aytacın qohumlarının hər an hadisə törədəcəklərindən qorxduqları üçün gecə vaxtı evdən çıxdılar. Biz onların Azərbaycanı tərk edərək Gürcüstana getdiklərini eşitmişik. Oğlunun əməlinə görə atası Natiq çox əzab və stess keçirib. Ürəyi buna tab gətirmədi. Onlar çox çətinlikə yaşayırdılar." - bu sözləri qətli törətmiş İzzətin qonuşları deyib.

Qeyd edək ki, Bakıda 11-ci sinif şagirdi Aytac Babayeva 20 yaşlı İzzət Hüseynov tərəfindən amansızlıqla qətlə yetirilmişdi./azvision.az/

Açar sözlər:

Oxunub: 809