Qarabağda erməni əsgər güllələnərək öldürülüb


19:01     16 Dekabr 2017 345345345_1513421187.jpg

Erməni əsgərlər arasında baş verən mübahisə ölüm hadisəsi ilə nəticələnib.


Femida.az Ordu.az-a istinadən xəbər verir ki, dekabrın 11-də işğal altında olan Qarabağda döyüş mövqelərində əsgər Narek Adibekyanın öldürülməsiylə əlaqədar yeni detallar məlum olub.

Məlumata görə, sıravi erməni əsgərləri arasında mübahisə baş verib. Adıbekyanın Xaçatryanın valideynlərinə qarşı təhqiramiz ifadələr işlətməsi mübahisəni daha da qızışdırıb. Xaçatryan ona təhkim edilmiş silahla Adıbekyan istiqamətinə atəş açıb.

Sonuncu bədəninin müxtəlif nahiyələrindən aldığı yaralar nəticəsində ölüb. Xaçatryan həbs edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1126