Vaqif Mustafazadənin anım günüdür
23:09 16 Dekabr 2017
Bu gün Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri Vaqif Mustafazadənin anım günüdür. V.Mustafazadə 1940-cı il martın 16-da Bakıda anadan olub.
Femida.az xəbər verir ki, o, Azərbaycan musiqisinin, muğamının klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun musiqi stili "Caz-Muğam" adlanır.
1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olub. Burada kiçik konsertlər verib və klublarda çıxış edib. Dəyərli sənətkar əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edib.
1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", "Monte-Karlo") laureatı olub. Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının, bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir.
Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış "Muğam" simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.
V.Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub.
Femida.az
Oxunub: 1098
Oxşar xəbərlər
- Vaqif Mustafayev müşavir təyin olundu
- Vaqif Mustafayevə 2000 manat mükafat verildi
- Vaqifin 300 illik yubileyi qeyd olunub
- Vaqif Bayramov təltif edilib
- Vaqif Mustafazadənin doğum günüdür
- Vaqif Şıxəliyev məhkəmədə uduzdu - 345 min ödəməlidir
- Vaqif Sadıqov etimadnaməsini təqdim edib
- Vaqif Sadıqova BMT-də vəzifə verildi
- Vaqif Əsədov sürücülərə səsləndi