14 cinayət “isti izlər”lə açılıb


02:31     17 Dekabr 2017 cinayet%20bicaqlanma4.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 79 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, axtarışda olduğuna görə 29 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 675