Atəşkəs 119 dəfə pozuldu
13:16 17 Dekabr 2017
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 119 dəfə pozub.
Femida.az -ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Berdavan, Barekamavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Novruzlu, Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qaraxanbəyli, Qorqan, Kürdlər və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 512
Oxşar xəbərlər
- Atəşkəs 126 dəfə pozuldu
- Atəşkəs 121 dəfə pozulub - Cəbhədə son durum
- Atəşkəs 115 dəfə pozulub
- Atəşkəs 36 725 dəfə pozulub - 11 ayın statistikası
- Atəşkəs 127 dəfə pozuldu
- Atəşkəs 118 dəfə pozuldu
- Atəşkəs rejimi 134 dəfə pozulub
- Atəşkəs 128 dəfə pozulub
- Atəşkəs rejimi 120 dəfə pozulub
- Atəşkəs rejimi 128 dəfə pozulub