Beynəlxalq turnirdə ilk günün qalibləri məlum oldu
22:42 17 Dekabr 2017
Şəmkir Olimpiya İdman Kompleksində keçirilən və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən beynəlxalq cüdo turnirində ilk günün qalibləri məlum olub.
Qaliblərə Azərbaycan Cüdo Federasiyası, Şəmkir şəhər gənclər və idman baş idarəsinin diplom və medalları təqdim olunub.
Turnirdə Bakı, Ağcabədi, Ağdam, Bərdə, Qəbələ, Göygöl, İsmayıllı, Mingəçevir, Naftalan, Salyan, Samux, Sumqayıt, Tovuz, Zaqatala, Şəmkir ilə yanaşı, Gürcüstanın Tbilisi, Kutaisi şəhərlərinin, eləcə də Türkiyənin və Latviyanın yeniyetmə cüdoçuları da mübarizə aparırlar.
Beynəlxalq turnirdə 32 komandanın heyətində 347 cüdoçu medallar uğrunda yarışır.
Oxunub: 892
Oxşar xəbərlər
- Beynəlxalq təşkilatların diqqəti Tərtərdə
- Beynəlxalq cinayətkarlıqla bağlı qanun layihəsi müzakirə olunacaq
- Beynəlxalq Bankın xəzinədarının məhkəməsi başlayır
- Beynəlxalq Bankın restrukturizasiya planı qəbul olunub
- Beynəlxalq Kimya Olimpiadasının qalibləri Vətənə dönüblər
- Beynəlxalq ictimaiyyət hadisə barədə məlumatlandırılır - XİN
- Beynəlxalq Bank vətəndaşı pulsuz qoydu
- Beynəlxalq Bankın reytinqləri aşağı salındı
- Beynəlxalq Bankın sağlamlaşdırılmasında yeni mərhələ
- Beynəlxalq Prokurorlar Assosiasiyası ilə səmərəli əməkdaşlıq edilir