Sürücülərin nəzərinə - Bu yolda hərəkət məhdudlaşdırılacaq


14:31     18 Dekabr 2017 asz.png

Bakı şəhərinin Babək prospektində aparılacaq yenidənqurma işləri ilə əlaqədar olaraq bu gündən etibarən sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq.


"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən Femida.az-a verilən məlumata görə, yenidənqurma işlərinə prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqamətində start verilir.

"Sürücülərdən xahiş olunur ki, təmir işləri aparılan ərazilərdə diqqətli olsunlar və prospektdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər", - deyə məlumatda vurğulanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 614