Ucarda qəza: Piyadanın vəziyyəti ağırdı
19:50 18 Dekabr 2017
Ucarda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Femida.az -ın xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.
Ucar rayonunun Rəstəcə kənd sakini, 1983-cü il təvəllüdlü Nurlan Əjdər oğlu Hüseynovu naməlum avtomobil vurub.
Ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən N. Hüseynova ilkin tibbi yardım göstərilib, daha sonra müalicəsini davam etdirmək məqsədi ilə paytaxtdakı xəstəxanalardan birinə göndərilib.
Hadisənin hansı şəraitdə və hansı növ avtomobillə törədildiyi hələlik məlum deyil.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
Oxunub: 929
Oxşar xəbərlər
- "Bakmil"ə gedənlərin nəzərinə
- Daha bir avtobus qəzası - Piyada öldü
- 14 yaşlı qız itkin düşüb - FOTO
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- İşsizlərə ŞAD XƏBƏR!
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Sarkisyan xəstəxanaya yerləşdirildi
- Salatın Əsgərovanı qətlə yetirən ermənilər kimlərdir? -ADLAR