14 cinayət “isti izlər”lə açılıb


01:38     19 Dekabr 2017 1407932396_ata-qatili-hebsxanada-olub-cenubnews.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 95 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, axtarışda olduğuna görə 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 484