Avropa Oyunları zamanı pulsuz taksi


19:12     06 May 2015 190E347E-D1AA-4D3E-93E1-6B8EE7E8DEC6_mw1024_s_n.jpg

Avropa Oyunları ərəfəsində VİP qonaqlar üçün pulsuz xüsusi taksi xidməti təşkil olunacaq.

“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi idman yarışı ərəfəsində pulsuz xidmət göstərəcək taksilərin sayını açıqlayıb.

“430 yeni taksi VİP qonaqlara pulsuz xidmət göstərəcək”.

Femida.az xəbər verir ki, bunu Əməliyyat Komitəsinin Nəqliyyat Departamentinin əməkdaşı Vüsal Rəcəbli jurnalistlərə açıqlamasında deyib.

“Yeni taksi VİP qonaqlara pulsuz xidmət üçün nəzərdə tutulub. Amma şəhərin taksiləri eyni qaydada davam edəcək”

O, paytaxat sakinlərinə tövsiyyə ebilib ki, I Avropa Oyunları ərəfəsində təşkil edilmiş ekspress avtobuslardan və metrodan istifadə etsinlər. Bu ekspress marşrutlar sakinləri oyunlar keçirilən arenaya pulsuz və rahat şəkildə aparıb-gətirəcək.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 717