61 yaşlı qadın ikinci mərtəbədən yıxılıb öldü


00:11     20 Dekabr 2017 binadan%20yixildi.PNG

Ağdamda 61 yaşlı qadın bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.


Femida.az -ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Mirəşelli kəndində baş verib. Kənd sakini, 1956-cı il təvəllüdlü Dilarə Rza qızı Rüstəmova ehtiyatsızlıq nəticəsində yaşadığı evin ikinci mərtəbəsindən yıxılaraq ölüb.

Hadisə saat 16 radələrində qeydə alınıb.

Açar sözlər:

Oxunub: 986