“Bakı Metropoliteni” QSC-nin strukturu dəyişib
14:00 20 Dekabr 2017
Nazirlər Kabineti “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərarda dəyişikliklər edib.
Femida.az -ın məlumatına görə, “Bakı Metropoliteni”nin nizamnamə kapitalı artırılıb, həmçinin QSC-nin strukturu dəyişdirilib.
Hazırda “Bakı Metropoliteni” QSC-nin strukturu “Bakı Metropoliteni” QSC-nin aparatı, “Bakı Metropoliteni” QSC-nin törəmə müəssisələri olan 1, 2 və 3 saylı Tunel Tikinti idarələri, Xüsusi Tamamlama İşlər İdarəsi, Xüsusi Hidrotexniki İşlər İdarəsi, Dəmir Beton Konstruksiyalar Zavodu, Mexanikləşdirmə İdarəsi, Avtonəqliyyat Müəssisəsi, “Bakımetrolayihə” İnstitutu, Hərbiləşdirilmiş dağ-mədən xilasetmə dəstəsi, İstehsalat Texniki Komplektləşdirmə İdarəsi və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar olan Hərəkət Xidməti, Yol Xidməti, Tunel Qurğuları Xidməti, Elektrik Təchizatı Xidməti, İşarəvermə və Rabitə Xidməti, Elektromexanika Xidməti, Əsaslı Təmir Xidməti, Depolar üzrə iş Departamenti, Birləşmiş emalatxanalar, Avtomotonəqliyyat Xidməti və “Bakı Metropoliteni” QSC-nin Sağlamlıq Mərkəzindən ibarətdir.
Dəyişikliyə əsasən Bakı Metropoliteni” QSC-nin strukturu “Bakı Metropoliteni” QSC-nin Aparatı, “Bakı Metropoliteni” QSC-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar olan Hərəkət Xidməti, Yol Xidməti, Tunel Qurğuları Xidməti, Elektrik Təchizatı Xidməti, İşarəvermə və Rabitə Xidməti, Elektromexanika Xidməti, Əsaslı Təmir Xidməti, Depolar üzrə İş Departamenti, Birləşmiş emalatxanalar, Diaqnostika və Metroloji Təminat Mərkəzi, Eskalator Xidməti, Nəqliyyat və Xüsusi Texnika Departamenti, Tikinti Departamenti, Perspektiv İnkişaf və Əsaslı Tikintiyə Nəzarət Departamenti, Mühafizə və Yanğın Təhlükəsizliyi Xidməti, Yaşıllaşdırma və Vaqonların Təmizlik Təsərrüfatı Xidməti, İnformasiya və Kommunikasiya Texnologiyaları Xidməti, “Bakı Metropoliteni” QSC-nin Sağlamlıq Mərkəzi və Vaqonların Əsaslı Təmir Xidmətindən ibarət olacaq.
Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Maliyyə Bazarlarına Nəzarət Palatasıvə “Bakı Metropoliteni” QSC-yə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Femida.az
Oxunub: 1628
Oxşar xəbərlər
- “Bakı Avtomobil” zavodunda yanğın olub
- “Bakının içməli su ilə təminatı yaxşılaşır” - İlham Əliyev
- “Bakı Metropoliteni”nə subsidiya azaldılır
- “Bakıya qələbə üçün gəlmişdim“-Niko Rosberq
- “Bakının işıqları” jurnalı nəşr olunub - RUSİYADA
- “Bakı Metropoliteni”ndən uşaqlara hədiyyə - FOTOLAR
- “Bakıda Peterburq görüşləri” başlayıb - Giriş pulsuzdur
- “Bakı Marafonu 2016“ qalibləri mükafatlandırıldı
- “Bakı Bəyənnaməsi gələcək işlərimizə yol açacaq” - Nazir
- “Bakı forumu mühüm platformadır” - Letizia Moratti