Saxlanılan şəxslər intihara cəhd edib


14:51     20 Dekabr 2017 1420699527_polis12.jpg

İmişli Rayon Polis Şöbəsində saxlanılan şəxslər intihara cəhd edib.


Femida.az -ın APA-ya istinadən məlumatına görə, Cinayət Məcəlləsinin 181-ci (quldurluq), 149-cu (zorlama) və 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddələri ilə təqsirləndirilərək tutularaq İmişli RPŞ-nin müvəqqəti yerinə gətirilən Xalid İbrahimov və Asim Cəfərov kəsici alətlə özlərinə xəsarət yetiriblər.

Həyata keçirilən tədbirlər nəticəsində intihara cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və hər iki şəxsə ilkin tibbi yardım göstərilib.

İlkin məlumata görə, onlar bu addımı zorlamada təqsirləndiklərinə etiraz olaraq atıblar.

İmişli rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda hər iki şəxsin vəziyyəti yaxşıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 1156