Əhalinin 91.4 faizi prezidentin xarici siyasətini dəstəkləyir


15:14     20 Dekabr 2017 2015-01-02-19-43-08prezidentttt(01011).jpg

"ELS" Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi 2018-ci il prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə ölkə ərazisində keçirdiyi sosioloji tədqiqatın nəticələrini açıqlayıb.


Femida.az -ın məlumatına görə, bu gün keçirilən mətbuat konfransında ictimai birliyin sədri İradə Yaqubova deyib ki, tədqiqat çərçivəsində ölkə əhalisinin rəy sorğusu keçirilib.

İ.Yaqubova bildirib ki, tədqiqat 2017-ci ilin noyabr-dekabr aylarında Naxçıvan Muxtar Respublikası və işğal altında olan rayonlar istisna olmaqla ölkənin 68 rayonunda baş tutub:

"Sorğu zamanı 4560 respondentin rəyi öyrənilib. Azərbaycanın bugünkü ictimai-siyasi vəziyyətini qiymətləndirən respondentlərin 92.8 faizi vəziyyəti sabit kimi qiymətləndirib. Ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti qiymətləndirənlərin 91.4 faizi bu siyasəti dəstəklədiklərini, 4.5 faizi dəstəkləmədiklərini bildirib. Rəyi soruşulanların 4.1 faizi cavab verməkdə çətinlik çəkib. Daxili siyasəti qiymətləndirdikdə rəyi soruşulanların 84.7 faizi bu siyasəti dəstəklədiklərini, 5.5 faizi dəstəkləmədiklərini bildiriblər. Rəyi soruşulanların 9.8 faizi cavab verməkdə çətinlik çəkiblər".

Açar sözlər:

Oxunub: 2687