Əhalinin 85.2 faizi İlham Əliyevə səs verməyə hazırdır - SORĞU
15:30 20 Dekabr 2017
"ELS" Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi 2018-ci il prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə ölkə ərazisində keçirdiyi sosioloji tədqiqatın nəticələrini açıqlayıb.
Femida.az -ın məlumatına görə, bu gün keçirilən mətbuat konfransında ictimai birliyin sədri İradə Yaqubova deyib ki, Azərbaycanın həyatında baş verən əhəmiyyətli hadisələri qeyd edən respondentlər ilk növbədə ordumuzun aprel döyüşlərindəki qələbəni və "Böyük Qayıdış"ın rəmzinə çevrilən Cocuq Mərcanlını (67.4 %) qeyd ediblər.
Mehriban Əliyevanın Birinci vitse-prezident seçilməsi (62.9%), Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ( 59.3%), "ASAN Xidmət" mərkəzlərini açılışı və uğurlu fəaliyyəti (57.6%), yeni infrastrukturların yaradılması (51.6%) rəyi soruşulanlar tərəfindən önəmli hadisə kimi qiymətləndirilib.
İ.Yaqubova vurğulayıb ki, sorğu zamanı respondentlərə gələn həftə ölkədə prezident seçkiləri keçiriləcəyi halda ölkə prezidenti İlham Əliyevə səs verib-verməyəcəklərinə dair sual verilib.
Rəyi soruşulanların 85.2 faizi İlham Əliyevə səs verəcəklərini bildirib. 5.1 faizi səs verməyəcəyini deyib. 9.7 faiz isə cavab verməkdə çətinlik çəkdiyini deyib.
Femida.az
Oxunub: 3383
Oxşar xəbərlər
- Əhalinin 91.4 faizi prezidentin xarici siyasətini dəstəkləyir
- Əhalinin nominal gəlirləri 8,2 faiz artıb
- Əhalinin banklarda 7 milyarda yaxın əmanəti var
- Əhalinin banklarda nə qədər pulu var?
- Əhalinin gəlirləri artıb
- Əhalinin banklarda nə qədər pulu var?
- Əhalinin sayı açıqlandı - 10 milyona az qaldı
- Əhalinin gəlirləri artıb
- Əhalinin gəlirləri artıb
- Əhalinin gəlirləri artıb