15 gündə 26 minlik cərimə


17:55     20 Dekabr 2017 ekologiya.jpg

01-15 dekabr2017-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.



Femida.az xəbər verir ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 151 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 12 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 36 iş üzrə 26700 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 43 iş üzrə 61272,7 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 173 iş üzrə 33046,4 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 25, icra qurumlarına 18, məhkəmələrə isə 5 iş göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 768