61 yaşlı qadın dəm qazından zəhərlənib


18:47     20 Dekabr 2017 dem%20qazi1.jpg

İsmayıllı rayonunda zəhərlənmə hadisəsi baş verib.



Femida.az -ın xəbərinə görə, hadisə rayonun Qalıncaq kəndində qeydə alınıb. Kənd sakini, 1956-cı il təvəllüdlü Zeynalova Gülsənəm Qaraş qızı hamamda qaz balonunun yandırılması zamanı sızan dəm qazından zəhərlənib. G. Zeynalova təcili yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatı xilas olunub. Hazırda qadının vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 662