Təcridxanaya gətirilən məhkumun alışqanından narkotik çıxdı


20:21     20 Dekabr 2017 heroin%20narkotik2.jpg

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.


Femida.az -a xidmətin mətbuat xidmətindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Cahangirov Orxan İlqar oğlu 2 saylı İstintaq təcridxanasına qəbul edilərkən üzərinə və əşyalarına baxış keçirilən zaman gizlətdiyi alışqanın içərisindən 1,67 qram marixuana aşkar edilib.

Fakt üzrə araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 1181


Oxşar xəbərlər