Müəllim özünü asdı - Samuxda


20:06     06 May 2015 samuxda%20müəllim%20ozünü%20asdı.jpg

Azərbaycanın Samux rayonunda intihar hadisəsi baş verib.


Femida.az xəbər verir ki, hadisə rayonun Kolayır kəndində qeydə alınıb. Samux rayonunda fəaliyyət göstərən Kəlbəcər rayon 88 saylı orta məktəbdə müəllim işləyən Kəlbəcər rayon sakini, 1975-ci il təvəllüdlü Novruz Cabbarov yaşadığı evdə özünü asaraq öldürüb.

İlkin ehtimallara görə intihara səbəb ağır həyat şəraitidir.

Faktın doğruluğunu Samux rayon Polis Şöbəsi də təsdiqlədi. Hazırda hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 522