SOCAR 6,8 mln. ton neft hasil edib


20:50     20 Dekabr 2017 1427524243_neft.jpg

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 6 802,3 min ton neft hasil edib.



Femida.az şirkətə istinadən xəbər verir ki, bu həcmin 604 min tonu noyabr ayındakı hasilatın payına düşüb.

Hesabat dövründə Azərbaycan üzrə neft hasilatının ümumi həcmi 35,326 mln. ton təşkil edib. Noyabr ayında isə ölkədə 3,174 mln. ton neft hasil olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 612