Komitə sədrindən şəhid məzarlığı məsələsinə MÜNASİBƏT


18:35     21 Dekabr 2017 mubariz-qurbanli-061114.jpg

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri şəhidlər üçün ayrıca məzarlığın salınması ilə bağlı Milli Məclisin komitə iclasında səsləndirilən fikrə münasibət bildirib.


Femida.az-ın Trend- ə istinadən məlumatına görə, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vurğulayıb ki, döyüş zamanı şəhid olan əsgərlərin dəfni ilə bağlı qaydalar mövcuddur və bütün məzarlıqlarda həmin qaydalar tətbiq olunur: “Təklif olunur ki, ayrıca məzarlıq salınsın. Hazırki qaydalarda şəhidlərin dəfni məzarlıqların bir hissəsində həyata keçirilir. Yəni, ümumi qaydalar mövcuddur”.

O həmçinin əlavə edib ki, bu təklif müzakirə edilə bilər.

Qeyd edək ki, şəhid olan hərbçilərə ayrıca məzarlığın salınması təklifini Milli Məclisin Regional Komitəsinin sədri Arif Rəhimzadə irəli sürüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1547