“Ermənistanı dövlət kimi tanımırıq” - Pakistan Senatının sədr müavini


18:58     21 Dekabr 2017 pakistan9.jpg

“Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Ermənilər işğal etdikləri ərazilərdə Azərbaycanın tarixi, mədəni və dini abidələrini dağıdıblar”.


Femida.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda Pakistan Senatının sədr müavini Molana Abdul Qafur Haidari deyib.


O bildirib ki, Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və Ermənistanı bir dövlət kimi tanımır:

“Pakistanla Azərbaycan qardaş ölkələrdir. Azərbaycan hər zaman bu qardaşlığa böyük önəm verir. Biz də Azərbaycana qardaşlıq münasibətimizi əsirgəməyəcəyik. İstənilən məsələdə Azərbaycanın yanında olacağıq”.

Açar sözlər:

Oxunub: 3895