Baş nazir: “Tramp həddini aşdı” - Qüds böhranı böyüyür


20:07     21 Dekabr 2017 binali-yildirim.jpg

İsrail Baş naziri Benjamin Netanyahu BMT-ni “yalanlar evi” adlandırıb.


Femida.az xəbər verir ki, buna səbəb təşkilatın baş ofisində keçiriləcək Qüds səsverməsidir. Belə ki, İsrail işğal etdiyi Qüdsü paytaxta çevirmək istəyir. O bildirib ki, Qüdsü paytaxt etmək üçün heç bir beynəlxalq təşkilatın qərarına ehtiyacları yoxdur.

Bir tərəfdən də ABŞ-ın bu məsələdə İsrailə dəstək olması bir çox ölkələri qəzəbləndirib. Belə ki, Donald Tramp BMT-yə üzv ölkələri Qüdsü İsrailin paytaxtı kimi tanımağa səsləmiş, hətta əksinə qərar verən ölkələri üstü örtülü şəkildə təhdid etmişdi.

Türkiyə baş naziri Binəli Yıldırım məsələyə münasibət bildirib:
"ABŞ-ın prezidenti həddini aşıb. Hər ölkənin qərar vermək haqqı var”, deyə qeyd edib.


Qeyd edək ki, səsvermə bu axşam Nyu Yorkda keçiriləcək.

Amin

Femida.az

Açar sözlər:

Oxunub: 1486