Orhan Pamuk Almaniyanı ayrıseçkilikdə günahlandırdı


20:27     09 Sentyabr 2015 orhan-pamuk.jpg

Nobel mükafatçısı Orhan Pamuk həm Avropanın, həm də Türkiyənin suriyalı qaçqınlarla bağlı yeritdiyi siyasətdən şikayətləndi. O, bu şikayətini İtaliya mediasına açıqlamasında bildirib.


Femida.az xarici mətbuata istinadən xəbər verir ki, "The Innocence of Memories" adlı filmin premyerası üçün Venesiyaya yollanan Orhan Pamuk dünyada gündəm yaradan bir sıra sualları da cavablandırıb. Orhan Pamuk ən çox suriyalı qaçqınların mövcud durumu ilə bağlı sualları cavablandırıb.

Onun fikrincə, Türkiyə suriyalı qaçqınlarla yaxşı davranmadı: "2 milyon insan bizim ölkədə sığınmışdı. Biz isə onlarla çox yaxşı davranmadıq. Belə ki, ölkəmiz suriyalı qaçqın uşaqların Türkiyədə məktəbə getməsini təmin edə bilmədi. Qaçqınlar vətəndaşlıq ala bilmirdi. Nəticədə, onlar Avropaya keçməyə üstünlük verdilər".

Orhan Pamuk Avropa ölkələrini də fəaliyyətsizlikdə günahlandırdı: "Hadisələrin başlanğıcında başda Almaniya olmaqla, bir sıra Avropa ölkələri tragediya qarşısında susdular. Almaniya suriyalı qaçqınlara qarşı sərt siyasətə üstünlük verdi. Bir növ qaçqınların acınacaqlı vəziyyətinə biganə qaldı. Lakin sonradan Avropa yeritdiyi siyasəti dəyişdirməyə məcbur oldu. Əslində, lap əvvəldən suriyalı qaçqınlara qarşı Almaniya və digər Avropa dövlətləri mülayim siyasət yeritməli idilər".

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 704


Oxşar xəbərlər