İki “qanuni oğru” İŞİD-ə qoşuldu


20:41     09 Sentyabr 2015 img1326586.jpg

Rusiyada iki “qanuni oğru”nun vəkilləri yardım üçün bu ölkənin İraqdakı səfirliyinə müraciət ediblər.


Femida.az xəbər verir ki, buna səbəb “vorzakonlar”ın İraqda saxlanılması olub. Vəkillər iddia edirlər ki, müdafiə etdikləri şəxsləri İŞİD terror təşkilatına qoşulmaq niyyəti ilə bu ölkəyə gəldiklərini etiraf etməyə məcbur edirlər.

Avtoritetlər Tsirkaç ləqəbli Oleq Piroqov və Sezar ləqəbli Viktor Jarinovun hələ bu ilin martında Ərbil şəhərində saxlanıldıqları bildirilir. Olduqca ağır şərtlər altında saxlanılan avtoritetlərin yanına vəkilləri belə buraxılmır.

İraq xüsusi xidmət orqanlarının nümayəndələri isə bəyan ediblər ki, “qanuni oğru”ları İŞİD-ə qoşulmaqda şübhəli bilirlər və onlardan müvafiq etiraf cavabı gözləyirlər.

Bu səbəbdən vəkillər İraqdakı rus səfirliyinə müraciət edərək rus vətəndaşlarına yardım etmələrinə istəyiblər. Onlar İraq hökumətinə rus vətəndaşlarının terrorçularla deyil, kriminal dairələrlə əlaqəli olduğunu çatdırmaq niyyətindədirlər./Qafqazinfo/

Açar sözlər:

Oxunub: 1239