İsrail BMT-nin Qüdsə dair qərarını qəbul etmir


04:06     22 Dekabr 2017 israil5.jpg

İsrail BMT Baş Assambleyasının Qüdsə dair qərarını qəbul etmir və bir çox ölkənin yəhudi dövlətini dəstəkləməsindən məmnundur.


Femida.az -ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İsrail baş nazirinin dəftərxanasından bildirilib.

“Qərarı qarşı çıxış edən dövlətlər arasında baş nazir Binyamin Netanyahunun səfər etdiyi Avropa, Afrika və Latın Amerikası ölkələri var”, - deyə məlumatda bildirilir.

“İsrail ABŞ prezidenti Donald Yrampa Qüdsə dair birmənalı mövqe nümayiş etdirdiyinə görə təşəkkür edir və İsrail - həqiqətlə birgə səs vermiş ölkələrə minnətdarlığını bildirir”.

Qeyd edək ki, BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1218