Arif Hacılının “oğurluğu” - FOTO


22:46     31 Mart 2015 92410.jpg

Müsavat başqanı İsa Qəmbərin iki il əvvəl yaydığı müraciəti olduğu kimi öz adından yayıb.


AzVision.az Meydan TV-yə istinadən xəbər verir ki, Müsavat Partiyasının başqanı Arif Hacılı 31 mart - Soyqırım Günü ilə bağlı xalqa müraciət edib. Müraciətdə 1918-ci ildə baş verən hadisələr xatırlanır, bildirilir ki, o zaman Bakıda 12 mindən çox azərbaycanlı öldürülüb, onminlərlə insan itkin düşüb və s. Tarixi faktlara söykənən müraciət sonda şəhidlərin ruhuna dua oxumaqla bitir.



Məsələ burasındadır ki, eyni mətn iki il əvvəl, daha dəqiq desək, 30 mart 2013-cü il, saat 20:03-də musavat.com saytında o vaxtkı Müsavat başqanı İsa Qəmbərin adından yayımlanıb. 




Eyni mətndə dəyişən yalnız başqanların adıdır. Hətta cümlədə buraxılmış hərf səhvi də olduğu kimi dərc olunub. Məsələn, "Həmin hadisələr vaxtı Bakıda 12 mindən çox azərbaycanlı ölrürülüb, on minlərlə insan itkin düşüb" cümləsində "öldürülüb" sözü səhv yazılıb. Arif Hacılının adından yayılmış müraciətdə də həmin səhv düzəldilməyib. 

Mətnlər arasında yeganə fərq sonuncu müraciətin sonundakı cümlənin çıxarılmasıdır. Belə ki, İsa Qəmbərin müraciəti "Tanrı şəhidlərimizin ruhunu şad eləsin. Tanrı Azərbaycanımızı qorusun!” fikirləri ilə bitir. Arif Hacılının müraciətində isə "Tanrı Azərbaycanımızı qorusun!” cümləsi çıxarılıb.

Açar sözlər:

Oxunub: 925