Əli İsmayılovun qardaşı həbs olundu
17:11 22 Dekabr 2017
Azərbaycanın məşhur boksçusu Əli İsmayılovun qardaşı Eldar İsmayılov həbs olunub.
Femida.az "Report”a istinadən xəbər verir ki, E.İsmayılov oğurluqda şübhəli bilinir.
Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının apardığı araşdırmalar nəticəsində əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Eldar İsmayılovun "Audi" markalı avtomobilin yan güzgülərini oğurladığı müəyyən edilib. E.İsmayılovun ətrafında aparılan tədbirlərlə onun noyabrın 10-dan 20-dək olan müddətdə rayon ərazisində daha 2 "Audi” və 1 "Volkswagen”in yan güzgülərini sökərək oğurlaması da müəyyənləşdirilib.
Bundan başqa, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə müəyyən edilib ki, E.İsmayılov cari ilin oktyabr-noyabr ayları ərzində rayon ərazisində 9 avtomobildən ehtiyat hissələri oğurlayıb.
Qeyd edək ki, 42 yaşlı Əli İsmayılov boksçu karyerasını bir neçə il əvvəl başa vurub.
Oxunub: 1680
Oxşar xəbərlər
- Əli Həsənov Kestutis Yankauskas ilə görüşüb
- Əli İnsanov məhkəməyə gəlməkdən imtina etdi
- Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
- Əlil gənclər təhsil haqqından azad olmaq istəyirlər
- Əliyar Əliyevin xatirə lövhəsinin açılışı olub
- Əlillərin işə götürülməsindəki çətinliklər - Nazir səbəbini açıqladı
- Əlillərə ortopedik xidmət göstərilib
- Əli Ağami apellyasiya şikayəti verəcək
- Əli Həsənovun nəvəsi məhkəməyə gətirildi - ZƏRƏÇƏKMİŞLƏR GƏLMƏDİ (YENİLƏNİB)
- Əli Həsənov Cocuq Mərcanlıya gedib