Kənd məscidinin imamı güllələndi


21:08     09 Sentyabr 2015 main_image_Untitled-1.jpg

Dağıstanda məscidin imamı qətlə yetirilib.


Bu gün səhər saat 04:00 radələrində Xasavyurt rayonunun Yeni Kuruş kəndində yerləşən məscidin imamı, 34 yaşlı Maqomed Xıdırov odlu silahdan açılan atəş nəticəsində öldürülüb.

Hadisəni 2 maskalı şəxsin törətdiyi xəbər verilir. İmam Maqomed Xıdırovun yerli radikallarla münaqişədə olduğu və onları ənənəvi islama cəlb etməyə cəhd göstərdiyi bildirilir.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” və “qanunsuz odlu silah gəzdirmə” maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 993