Ərdoğan Putinə zəng etdi - Təşəkkür üçün


19:06     22 Dekabr 2017 141119154854_erdogan_putin_624x351_getty3.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.


Femida.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin Mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, telefon danışığı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasında və Baş Assambleyasında müzakirələr zamanı Qüdslə bağlı qətnamə layihəsini dəstəklədiyinə görə Rusiyaya minnətdarlığını bildirib.

Telefon danışığı zamanı BMT Baş Assambleyasında ABŞ-ın Qüdslə bağlı qərarının hüquqi qüvvəyə minməməsindən məmnunluq ifadə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 2049