Jirinovskinin Rusiya prezidentliyə namizədliyi qeydə alındı


19:17     22 Dekabr 2017 jirnovski4.jpg

Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin prezidentliyə namizədliyi rəsmən qeydə alınıb.



Femida.az RİA “Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiyanın Mərkəzi Seçki Komissiyası yayıb.

V.Jirinovski ölkə prezidentliyinə namizədliyi rəsmən qeydiyyata alınan ilk siyasətçi olub.

Qeyd edək ki, Rusiya Liberal Demokrat Partiyasının 31-ci qurultayında V.Jirinovskinin prezidentliyə namizədliyi irəli sürüb. Bununla da o, altıncı dəfə prezident seçkisində namizəd olub.

Xatırladaq ki, Rusiyada növbəti prezident seçkisi 2018-ci ilin martında keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1029


Oxşar xəbərlər