Təyyarə havaya qalxan anda alovlandı
23:36 09 Sentyabr 2015
“British Airways” hava yollarına məxsus Boing 777 tipli təyyarə ABŞ-ın Las-Vegas şəhərindən havaya qalxarkən anidən alovlanıb.
Femida.az xəbər verir ki, təyyarənin mütəhərrik hissəsində yanğın baş verib. Dərhal təyyarədə olan 159 sərnişin və 13 ekipaj üzvü təxliyə edilib. Belə ki, təyyarənin salonuna tüstü dolduğundan sərnişinlər arasında təşviş yaşanıb. Bu zaman salonu tərk etməyə çalışan sərnişinlərdən 14-ü ağır yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, təyyarədə bundan öncə hər hansı nasazlıq qeydə alınmayıb.
Oxunub: 926
Oxşar xəbərlər
- Təyyarəni ildırım vurdu
- Təyyarə qəzası: 4 nəfər öldü
- Təyyarədə terrorun qarşısı alındı
- Təyyarə çimərliyə endi - ölənlər var
- Təyyarənin pilotunu timsah yedi
- Təyyarə qəzası - Pilot öldü
- Təyyarə 122 sərnişinlə dənizə düşüb - ölənlərin 15-i uşaqdır
- Təyyarəyə gecikən qadın işçiləri döydü
- Təyyarəyə minənlərin sayı artıb
- Təyyarədə dava düşüb - TƏCİLİ ENİŞ