Atasını öldürən hakim qarşısında


22:22     22 Dekabr 2017 1429886643_mehkeme-texir.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən Qadir Cahangirovun məhkəməsi başlayıb.



Femida.az -ın "Qafqazinfo"a istinadən verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
Anket məlumatları dəqiqləşdiriləndən sonra cinayət işi məhkəmə baxışına qəbul edilib. Məhkəmə yanvarın 4-də davam etdiriləcək.

Şamaxı şəhərində yaşayan 1971-ci il təvəllüdlü Qadir Cahangirov 2017-ci il sentyabrın 3-də evlərində ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı atası, 1947-ci il təvəllüdlü Arif Cahangirovu baltalayaraq öldürüb.

Q.Cahangirov atasını vurandna sonra öz başına da balta ilə zərbə endirib. Hər ikisi xəstəxanya yerləşdirilsə də, həkimlər yalnız oğulu xilas edə biliblər.

Q.Cahangirovun alkoqol aludəçisi olduğu, hadisə zamanı da sərxoş vəziyyətdə olduğu bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 659