Evlərdən oğurluq edən şəxslər saxlanıldı - Neftçalada
22:22 22 Dekabr 2017
Neftçalada evlərdən oğurluq edən şəxslər saxlanılıb.
Femida.az Trend-ə istinadən xəbər verir ki, dekabrın 20-də Neftçala rayon sakini Raqib Əzizov RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus qarajdan oğurluq edilməsi barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan AzNews.az-a verilən məlumata görə, məlumatla əlaqədar həmin ünvana gələn Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları müvafiq tədbirlər keçiriblər. Araşdırmalar nəticəsində məlum olub ki, qarajdan ümumi dəyəri 4610 manat dəyərində məişət avadanlıqları oğurlanıb.
Həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olmuş Vüsal Məmmədov və Adil Qəmbərov saxlanılıblar.
Araşdırma zamanı dəstə üzvlərinin törətdikləri başqa cinayətlərin də üstü açılıb.
Belə ki, onlar ifadələrində rayonun ərazisində qapısı bağlı evlərə girərək soyğunçuluq etdiklərini də etiraf ediblər. Oğurladıqları məişət əşyalarının bir qismini qiymətindən ucuz satıblar, müəyyən bir qismi isə maddi sübut kimi götürülüb.
Eyni zamanda vətəndaşa məxsus evə girərək 1200 manat dəyərində komputeri oğurlamaqda şübhəli bilinən rayon sakini Orxan Bayramov saxlanılıb. O ifadəsində evin pəncərəsini sındırmaq yolu ilə daxil olduğunu və komputeri oğurladığını etiraf edib. Oğurladığı komputer başqa evin zirzəmisindən tapılaraq maddi sübut kimi götürülüb.
Əməliyyat tədbiri bununla da bitməyib. Həmin gün həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus həyətyani sahədən 10 metr olan 3 ədəd aliminium tor hasarları oğurlamaqda şübhəli bilinən rayon sakini Emin Həsənov saxlanılıb. Törətdiyi əməli etiraf edən E.Həsənov tor hasarları 35 manata satdığını etiraf edib. Həmin tor hasarlar araşdırma nəticəsində tapılaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Neftçala Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələriylə cinayət işləri başlanılıb, istintaq gedir.
Femida.az
Oxunub: 1428
Oxşar xəbərlər
- Evlərdən qızıl aparanlar tutuldu
- Evlərdən qızıl və pul oğurlayan şəxs saxlanıldı
- Evlərdən qızıl oğurlayan şəxslər tutulub
- Evlərdən oğurluq edən şəxs tutulub
- Evlərdən oğurluq edən qardaşlar tutulub
- Evlərdən silsilə oğurluq edən şəxs tutulub
- Evlərdən qaz sobası oğurlayan şəxs tutuldu
- Evlərdən oğurluq edən şəxslər tutulub
- Evlərdən kabel oğurlayan şəxs yaxalandı
- Evlərdən oğurluq edən şəxs tutulub - İmişlidə