Sezen Aksu da “nurçu” çıxdı


21:29     09 Sentyabr 2015 12007036_1030143867030450_1499527349_n.jpg

Femida.az Türkiyə mediasına istinadən xəbər verir ki, köşə yazarı Yılmaz Özdillə məşhur sənətçi Sezen Aksu arasında mübarizə davam edir.


Son xəbərlərə görə, media vasitəsi ilə davamlı olaraq bir-birinə təhqir yağdıran tərəflərin məsələsi məhkəmədə həll ediləcək.

Yılmaz Özdil son köşəsində müğənni haqda indiyə qədər mediaya məlum olmayan həqiqətləri qeyd edib: “Sezen Aksu özü etiraf edir ki, “süreç” məsələsi ilə bağlı Rəcəb Tayyib Ərdoğana zəng edib. Telefon danışığı zamanı bildirib ki, “süreç” müddətini dəstəkləməyənlər hər iki dünyada lənətlənib. Danışığın sonunda isə deyib ki, fikirləri ilə atası da razıdır. Sezen Aksunun atasına gəlincə isə, onu da deyək ki, Sezen Aksunun atası İzmir Yamanlar Kollecinin qurucusu və rəhbəri olub. Həmin kollec isə Fətullah Gülən camaatının bu bölgədəki əsas dayaq nöqtəsi olub.
Onu da qeyd edək ki, Sezen Aksu “lənətlənmiş” kəlməsinə görə Yılmaz Özdilə qarşı iddia qaldırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1333


Oxşar xəbərlər