Prezidentdən SƏRƏNCAM - Enerji mənbələri barədə


23:55     22 Dekabr 2017 1428589980_2014-12-30-13-39-17prezident_srncam_17ght.jpg

Azərbaycan prezidenti İlham Əliyev alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.



Femida.az-ın məlumatına görə, Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin balansında olan aşağıdakı dövlət əmlakı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalına yönəldilib:


Bakı şəhəri, Xızı rayonu, Yeni Yaşma qəsəbəsi, Bakı-Quba yolunun 55-ci kilometrliyində yerləşən, 20 ədəd külək enerjili elektrik qurğusundan ibarət Külək Elektrik Parkı;


Bakı şəhəri, Xızı rayonu, Şurabad qəsəbəsi, Bakı-Quba yolunun 55-ci kilometrliyində yerləşən, 2 ədəd külək enerjili elektrik qurğusundan, külək ölçmələri və təlim mərkəzindən və 16 ədəd külək turbininin quraşdırılması üçün monolit beton oturacaqlardan ibarət Külək Elektrik Parkı.


Nazirlər Kabineti Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının balansdan balansa verilməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görməli, dövlət əmlakı və 4-cü hissəsində nəzərdə tutulan vəsait hesabına “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılmasını üç ay müddətində təmin etməli, habelə “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının bu Sərəncam qüvvəyə mindikdən sonra “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə edəcəyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətinə (balansına) veriləcək külək enerjisi qurğularının “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsini və həmin əmlak hesabına “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılmasını təmin etməlidir.


“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə isə külək elektrik parklarının istismara hazır vəziyyətə gətirilməsi və ümumi paylayıcı şəbəkəyə qoşulması ilə bağlı tədbirlər görmək, külək elektrik parklarının normal fəaliyyətinin təmin edilməsi üçün müvafiq rekonstruksiya-quraşdırma işlərinin görülməsi, material ehtiyatı bazasının yaradılması, beynəlxalq təcrübə nəzərə alınmaqla, qeyd olunan sahə üzrə kadr potensialının formalaşdırılması və digər zəruri işlərin həyata keçirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün 10 manat ayırmaq tapşırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1450