Elmar Məmmədyarov Qazaxıstana getdi


21:37     09 Sentyabr 2015 FE50C976-F327-49BD-A6D9-066DFCA35920_w640_r1_s_cx13_cy17_cw78.jpg

Xarici İşlər Naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Qazaxıstana səfərə yola düşüb. Bu barədə Femida.az-a XİN-in mətbuat xidmətindən məlumat veriliib.


E.Məmmədyarov sentyabrın 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının Astanada keçiriləcək iclasında iştirak edəcək.

TDƏŞ-in Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində nazir E.Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

Açar sözlər:

Oxunub: 799