Roma papası ‘‘inqilab’’ etdi


01:48     10 Sentyabr 2015 400697707.jpg

İtaliya mətbuatı xəbəri ‘‘Papanın inqilabı’’ başlığı ilə dünyaya yayıb.


Katolik xristianların ruhani lideri Papa Fransisk, kilsənin boşanmaya dair 300 illik qanununda dəyişiklik edib.

Məlumata görə, dini lider, Papalıq Nizamnaməsində ‘‘Motu Prorrio’’ yəni ‘‘öz səlahiyyətiylə’’ qanun layihəsini dəyişdirib.

Yeni qanun, inam əksikliyi, abort və nikahdan kənar münasibətlər və digər səbəblərə əsaslanan boşanma tələblərinin, təkcə bir səlahiyyətli tərəfindən ələ alınmasına imkan yaradır.

Qanuna görə keşiş, Papalıq Kabinetinin (Roman Curia) icazəsi olmadan qərar qəbul edə biləcək.

Boşanma prosesi isə pulsuz olacaq.

İtaliya mətbuatı xəbəri ‘‘Papanın inqilabı’’ başlığı ilə dünyaya yayıb.

Açar sözlər:

Oxunub: 914