Tələbə qərardan apellyasiya şikayəti verib


20:16     23 Dekabr 2017 hokm%20ceza%20mehkeme_yeni3.jpg

BDU-nun “İlahiyyat” fakültəsinin dekan müavini Nigar İsmayılzadənin 4-cü kurs tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasındakı şikayəti üzrə Yasamal rayon məhkəməsinin verdiyi qərardan apellyasiya şikayəti verilib.


Femida.az -ın "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, Z.Mirağayev mətbuata açıqlamasında fakültədə rüşvət hallarının olması ilə bağlı danışıb. O, bu işdə dekan müavini Nigar İsmayılzadənin adını hallandırıb.

Məhkəmə Zəka Mirağayevin aylıq əmək haqqısının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il islah işləri cəzasına cəlb edilməsi barədə qətnamə qəbul edib.

Z.Mirağayev qərarla razılaşmayaraq apellyasiya şikayəti verib. İlkin baxış iclası Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə dekabrın 27-də keçiriləcək.

N.İsmayılzadə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin bacısıdır.

Açar sözlər:

Oxunub: 1198