Süd məhsulları anbarında yanğın olub


23:37     23 Dekabr 2017 13878640961363594763_yangin45sadas1

Abşeron rayonunda süd məhsulları saxlanılan anbarda yanğın olub.


Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Məmmədli kəndində baş verib.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğın saat 17:05-də məhdudlaşdırılıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 696