Putindən İlham Əliyevə ad günü təbriki
14:08 24 Dekabr 2017
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Femida.az xəbər verir ki, təbrik məktubunda deyilir:
- Hörmətli İlham Heydər oğlu.
Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, aktual beynəlxalq problemlərin həllində fəal rol oynayır.
Siz Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz.
Bu yaxınlarda Soçidə və Tehranda Sizinlə görüşlərimizi səmimiyyətlə xatırlayıram. Ümidvaram ki, Sizinlə konstruktiv dialoq və səmərəli birgə işimiz davam edəcək.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzu edirəm. Fürsətdən istifadə edib, Sizin bütün ailənizi səmimi salamlayır və ən xoş arzularımı bildirirəm.
Oxunub: 1832
Oxşar xəbərlər
- Putindən Azərbaycan Prezidentinə təbrik zəngi
- Putindən NATO-ya sərt cavab
- Putindən İlham Əliyevə təbrik məktubu
- Putindən Obamaya SİYASİ DƏRS
- Putindən gözlənilməz qərar - Administrasiya rəhbərini işdən çıxardı
- Putindən Rusiya ordusuna anidən yoxlama əmri
- Putindən Türkiyəyə barışıq jesti
- Putindən Roqozinə: “Qalstukunu düzəlt” – Video
- Putindən Dağlıq Qarabağla bağlı açıqlama
- Putindən Qarabağ çağırışı – SON DƏQİQƏ