Ana iki azyaşlı uşağı ilə zəhərləndi


03:31     25 Dekabr 2017 neftciler-xestexanasina-getirilenlerin-siyahisi_156632043d6140-xebervar_com1.jpg

Goranboy rayonunda ikisi azyaşlı olmaqla 4 nəfər dəm qazından zəhərlənib.


Femida.az -ın APA-ya istinadən verdiyi məlumata görə, Bakı sakini, 1968-ci il təvəllüdlü Nəsirova İradə Polad qızı Goranboy şəhərində kirayə qaldığı evdə dəm qazından zəhərlənib. Qadın xəstəxanaya yerləşdirilib.

Rayonun Xan Qərvənd kəndi isə bir qadın iki azyaşlı övladı ilə dəm qazından zəhərlənərək xəstəxanya yerləşdirilib.

Onlara müvafiq tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1313